AZ

Ölkəmizdə nüvə silahı istəyirik, Fransaya ümid edirik - Navroçki

Polşada nüvə silahı yerləşdirilməsini görmək istərdik. Bu işdə Fransanın yardımına ümid edirik.

Axar.az xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navroçki bildirib.

"Polşa prezidenti kimi mən hesab edirəm ki, Polşa nüvə mübadiləsində iştirak etməlidir. Onun öz nüvə, enerji, mülki və hərbi imkanları olmalıdır. Polşa ilə Fransa arasında tərəfdaşlıq məhz buna əsaslanır", - Navroçki qeyd edib.

O bildirib ki, ölkəsini təhlükəsizlik təminatı ilə təmin edəcək hər şeyi etmək niyyətindədir.

Seçilən
4
3
axar.az

4Mənbələr