1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, gələcək dövlət başçısı güclü kişi olmalıdır.
Oxu.Az-ın "BelTA" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Belarus lideri Xalq Birliyi Gününə həsr olunmuş görüşdə deyib.
Dövlət başçısının sözlərinə görə, prezident ola biləcək qadın tapılsa, şad olardı. Bununla belə, Lukaşenko vurğulayıb ki, respublika ətrafında hazırda çox mürəkkəb vəziyyət formalaşır, ona görə də prezidentin güclü kişi olması arzuediləndir.
"Mən də cəmiyyətdə gələcək prezidentləri axtarıram və onları görmək istəyirəm. Amma bir çox insanı nəzərdən keçirirəm və görürəm ki, onu irəli çəkmək sadəcə olaraq mümkün deyil. Yeni şəxsin prezident olması üçün vaxt lazımdır", - deyə 1994-cü ildən prezident olan Lukaşenko əlavə edib.