AZ

Avropa İttifaqı İsrailin hərəkətlərinə sərt cavab verməyə hazırlaşır

Avropa Komissiyası Avropa İttifaqı ölkələrini İsraildən idxal olunan mallara rüsumlar tətbiq etməyə və İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvira və maliyyə naziri Betzalel Smotriçə qarşı fərdi sanksiyalar tətbiq etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hazırda İsrail ilə Aİ arasında azad ticarət sazişi qüvvədədir. Brüsseldə bəzi saziş maddələrinin ləğv edilməsi təklif olunub və İsrailə yönəlik bütün Avropa yardım proqramları, yalnız vətəndaş cəmiyyətini dəstəkləyən proqramlar istisna olmaqla, dayandırılıb. Eyni zamanda, HƏMAS-a qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsləri irəli sürülüb.

Seçilən
20
nocomment.az

1Mənbələr