AZ

Çində 150 min illik borular tapıldı: alimlər çaşqınlıq içində

Tribuna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tribunainfo.az xəbər verir ki, Çinin Çinhay əyalətində aparılan araşdırmalar alimləri yeni sirrlə üz-üzə qoyub – burada yerin dərinliklərinə bərkimiş qəribə “Baiqun boruları” aşkarlanıb.

Mütəxəssislər hesab edir ki, onların yaşı 150 mindən çoxdur, – deyə Unionrayo yazır. Boruların diametri bir neçə santimetrdən 40 santimetrədək dəyişir. Bəziləri mağaralardan çıxır, bəziləri isə Tozon gölünə qədər uzanır. Ən maraqlısı isə onların mənşəyi hələ də müəmmalı qalır.

Aparılan analiz göstərib ki, materialın 30–40%-i dəmir oksidindən, qalan hissəsi isə silisium və kalsium oksidindən ibarətdir. Təxminən 8–10% maddə isə hələ də müəyyən edilməyib. Boru qalıqlarında həmçinin bitki və üzvi izlər də aşkarlanıb.

Ən çox qəbul edilən nəzəriyyə

Alimlərdən bəziləri hesab edir ki, bunlar sadəcə daşlaşmış köklərdir. Zamanla köklər çürüyüb, dəmirlə zəngin minerallar boşluqlara dolub və nəticədə boruya bənzər sərt silindrlər əmələ gəlib. Bu prosesə diagenez deyilir və dünyada başqa yerlərdə də müşahidə olunub.

Digər fərziyyələr

Başqa bir izah – bunların mineral çökmələr olmasıdır. Güman edilir ki, qədim daşqınlar dəmir və kalsiumla zəngin lil qatı gətirib qayaların çatlarını doldurub, nəticədə silindrik formalar yaranıb. Bu versiya kimyəvi tərkiblə uyğunlaşsa da, suallar açıq qalır.Bəzi nəzəriyyələr isə boruların guya qədim sivilizasiyaya və ya hətta yadplanetlilərə aid olduğunu iddia edir. Amma indiyədək nə insanların, nə də yadplanetlilərin bunu hazırladığına dair elmi sübut yoxdur.

Jurnalistlərin yazdığına görə, Baiqun boruları bizə bir daha göstərir ki, Yer hələ də çoxlu sirləri gizlədir. Geologiya isə bəzən elmi biliklərimizi çətin suallarla qarşılaşdırır. Alimlər ümid edirlər ki, müasir texnologiyalarla aparılacaq gələcək araşdırmalar bu sirli boruların əsl mənşəyini açmağa kömək edəcək.

İmran Kərimli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
tribunainfo.az

2Mənbələr