Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin tərəfdaşlardan PURL proqramı çərçivəsində artıq 2 milyard dollardan çox maliyyə dəstəyi aldığını bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, oktyabr ayında Kiyevə əlavə olaraq 3,5–3,6 milyard dollar daxil olacaq.
“İlk iki paket 500 milyon dollardan ibarətdir. Bu paketlərdə bütün detalları açıqlamaq istəmirəm, amma dəqiq olaraq Patriot və HIMARS sistemləri üçün raketlər var”, – deyə Zelenski qeyd edib.
Musavat.com