AZ

İran XİN başçısı avropalı həmkarları ilə telefonla danışdı

İranın xarici işlər naziri Abbas Araqçi Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də Aİ-nin xarici siyasət komissarı ilə telefon danışığı aparıb.

AzPost İRİB-ə istinadən bildirir ki, tərəflər nüvə problemini və sanksiyaların ləğvini müzakirə ediblər.

Abbas Araqçi üç Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurası tərəfindən ləğv edilmiş sanksiyaları bərpa etmək cəhdlərini hüquqi və məntiqi cəhətdən əsassız adlandırıb. O, İranın MAQATE ilə dialoqa sadiqliyini və təhlükəsizlik öhdəliklərini yerinə yetirdiyini vurğulayıb.

Araqçi Tehranın avropalı tərəfdaşlarının məsuliyyətli yanaşması şərti ilə ədalətli və balanslı həllə hazır olduğunu qeyd edib.

AzPost.az

Seçilən
13
azpost.info

1Mənbələr