...Sənəd iki ölkə arasında təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəni əlaqələri əhatə edən yeni uzunmüddətli əməkdaşlıq çərçivəsini yaradır.
SİA xəbər verir ki,bu barədə Ukrayna Ali Radası məlumat yayıb.Ukrayna Ali Radası Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə 100 illik tərəfdaşlıq haqqında sazişi (qeydiyyat nömrəsi 0332) ratifikasiya edib.
Müqavilədə müdafiə sektoruna xüsusi diqqət yetirilir.
Böyük Britaniya Ukraynaya 2030/31 maliyyə ilinə qədər hər il ən azı 3,6 milyard funt sterlinq məbləğində hərbi yardım göstərməyi öhdəsinə götürür.
Bundan sonra - lazım olduqda.
Dəstək paketinə aşağıdakılar daxildir:
-ukrayna ordusunun təlimi;
-pilotlara və hərbi təyyarələrin təchizatına dəstək;
- müdafiə təyinatlı məmulatların birgə istehsalı;
-Birgə Ekspedisiya Qüvvələri kimi birgə ekspedisiya əməkdaşlıq formatlarında iştirak.
Xatırladaq ki, yanvarın 16-da Ukrayna və Böyük Britaniya arasında 100 illik tərəfdaşlıq haqqında saziş imzalanıb. Tərəflərdən hər hansı biri ondan imtina etməsə, onun növbəti 100 il ərzində qüvvədə qalacağı güman edilir.
Əli Babayev