AZ

Ərdoğan: Türkiyə müqəddəs Qüdsün təhqir olunmasına imkan verməyəcək

Türkiyə heç kimin müqəddəs Qüdsü təhqir etməsinə icazə verməyəcək.

Editor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü, 17 sentyabr tarixində Xarici İşlər Nazirliyinin yeni kompleksinin təməlqoyma mərasimində söyləyib.

“Bilirəm ki, Hitlerə bənzətməyə çalışanların gizli ağrısı heç vaxt keçməyəcək”, – deyə Ərdoğan vurğulayıb.

Prezident İsrailin hərəkətlərini bir daha pisləyərək, Türkiyənin Qəzzadakı əhaliyə dəstək verməkdə və Şərqi Qüdsdə hüquqları qorumaqda qətiyyətli mövqeyini təsdiqləyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr