AZ

ABŞ İran ordusunu maliyyələşdirən şəxslərə və qurumlara sanksiyalar tətbiq edir

ABŞ Maliyyə Nazirliyinin şöbəsi olan Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) bəyanatına görə, İran ordusunu maliyyələşdirməkdə ittiham olunan şəxslər və qurumlara qarşı sanksiyalar tətbiq edilib.

Bəyanatda Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən 10-dan çox şəxs və qurumun İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə və Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyinə (MODAFL) İran neftinin satışından əldə edilən gəlirlər də daxil olmaqla, maliyyə köçürmələrini koordinasiya edərək töhfə verdiyinə görə sanksiyaya məruz qalacağı açıqlanıb.

Bəyanatda İranın “kölgə bankçılıq” şəbəkələrinin qeyri-qanuni maliyyə vasitəçiləri vasitəsilə beynəlxalq maliyyə sistemindən sui-istifadə etdiyi və bu şəbəkələrin sanksiyalardan yan keçmək üçün offşor şirkətlər və kriptovalyuta vasitəsilə çirkli pulların yuyulduğu bildirilib.

Seçilən
16
aznews.az

1Mənbələr