Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də elm və təhsil naziri Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri Eral Osmanların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində ölkələr arasında universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində Bahçeşehir Kıbrıs Universiteti ilə inkişaf perspektivləri müzakirə edilib.