AZ

Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu qırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda zibil atmaq üstündə qonşu qadınlar arasında dava olub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.
26 yaşlı F.Nağıyeva ilə qonşusu arasında həyətə zibil atmaq üstündə mübahisə yaranıb. Mübahisə zamanı F.Nağıyeva qonşusunun başına yumruqla zərbə vurub. Sonra yaxasından tutaraq, onu yerə yıxıb. Nəticədə, zərərçəkənin qolu sınıb, həmçinin gicgah nahiyəsi zədələnib.
Hadisəyə görə, F.Nağıyeva barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Lakin məhkəmə istintaqı zamanı tərəflər barışıblar. Hər iki tərəf məhkəmədən işə xitam verilməsini xahiş edib.
Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.
Seçilən
21
7
oxu.az

8Mənbələr