AZ

Qarabağda Azərbaycan qanunları və dövlət institutları bərqərardır

2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanat Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələndi. Bu sənədə əsasən Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın suveren ərazilərindən çıxarmağı öhdəsinə götürsə də, sonrakı illərdə öhdəliklərə əməl edilmədi. Əksinə, Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcudluğunu davam etdirdi. Bu fakt isə Azərbaycanın dövlət suverenliyi və regional təhlükəsizlik üçün ciddi təhdid idi.

Ermənistan tərəfindən beynəlxalq hüquqa və imzalanmış bəyanatın şərtlərinə zidd olaraq müxtəlif tipli silah-sursat Qarabağa daşındı, təmas xətti boyunca yüzlərlə möhkəmləndirilmiş hərbi mövqelər yaradıldı, yeni minalar basdırıldı və artilleriya qurğuları yerləşdirildi. Bu isə bölgədə sülhün və sabitliyin təmin olunmasına mane olur, eyni zamanda Azərbaycan ərazilərində yaşayan mülki əhalinin həyatını birbaşa təhlükə altına salırdı.

2023-cü il sentyabrın 19-da baş verən mina partlayışları nəticəsində Azərbaycan vətəndaşlarının, o cümlədən polis əməkdaşlarının həlak olması bölgədəki qanunsuz silahlı dəstələrin real təhlükəsini bir daha sübut etdi. Bu hadisələrdən dərhal sonra Azərbaycan Silahlı Qüvvələri “Antiterror əməliyyatı”na başladı. Cəmi 23 saat davam edən hərbi əməliyyat nəticəsində erməni silahlı dəstələri silahı yerə qoyaraq mövqelərini tərk etdilər. Bununla Azərbaycan öz suverenliyini bərpa etdi və beynəlxalq hüququn əsas prinsiplərini öz gücü ilə təmin etdi.

İmzalanmış kapitulyasiya aktına baxmayaraq, Qarabağda qanunsuz silahlı birləşmələrin saxlanılması həm bölgənin təhlükəsizliyinə, həm də regional sabitliyə zərbə vururdu. Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli tədbirlər yalnız dövlət suverenliyimizi bərpa etmədi, həmçinin beynəlxalq öhdəliklərin icrasını təmin etdi. Bu gün Qarabağda Azərbaycan qanunları və dövlət institutları bərqərardır, ölkəmizin gələcəyi isə daha təhlükəsiz və davamlı inkişaf üzərində qurulmaqdadır.

Rəvanə Kərimova

Nəsimi Rayon Gənci.

Seçilən
19
3
heftelik.az

4Mənbələr