AZ

Kristia Friland Kiyevdə Kanadanı təmsil edəcək...

Kanadanın son on ilin ən nüfuzlu siyasətçilərindən biri olan Kristia Friland baş nazir Mark Karninin kabinetindən istefa verdiyini açıqlayıb. Politico xəbər verir ki, Ukrayna əsilli siyasətçi Kanadanın Ukraynanın Yenidənqurulması üzrə Xüsusi Nümayəndəsi kimi yeni vəzifəni icra edəcək.

SİA-nın məlumatına görə, Friland istefa ərizəsində yazıb və əlavə edib ki, növbəti seçkilərdə iştirak etmək niyyətində deyil, parlamentin üzvü olaraq qalacaq: "Böyük minnətdarlıq və bir az kədər hissi ilə mən istefa vermək qərarına gəldim".

Baş nazir Karni Frilandın "prinsipial liderlik və zəka" nümayiş etdirdiyini və çətin dövrlərdə ölkəyə xidmət etdiyini vurğuladı. Mənbələrin sözlərinə görə, onun yeni rolu ilə bağlı danışıqlar bir aydan çox davam edib. Friland əvvəllər daxili ticarətə nəzarət edən nəqliyyat naziri vəzifəsində çalışıb.

Onun gedişi Kiyevə səfərindən qısa müddət sonra baş tutub. Ukrayna əsilli siyasətçi bu dili mükəmməl bilir və uzun müddət Kiyevin ən sadiq müttəfiqlərindən biri hesab olunurdu.

Onun Ukraynayönümlü mövqeyi tələbəlik illərində, DTK-nın nəzarəti altında olanda özünü büruzə verdi.

Karyerası boyunca Friland əvvəlcə Castin Trüdo hökumətində, sonra isə Karni kabinetində Ukraynaya dəstək verən aparıcı səs olaraq qaldı. Müsahibələrində o, Ukraynanın "demokratik və azad ölkə" kimi gələcəyinə inandığını dəfələrlə bəyan edib.

Friland karyerasına jurnalist kimi başlayıb və 2013-cü ildə siyasətə keçib. O, Beynəlxalq Ticarət Nazirindən Xarici İşlər Naziri, daha sonra Baş Nazirin müavini və Maliyyə Naziri kimi mühüm vəzifələrdə çalışıb. İndi onun təcrübəsi və əlaqələri onun əsas məqsədinə yönələcək: Ukraynaya beynəlxalq dəstəyin təşviqi və onun müharibədən sonrakı bərpası.

Əli Babayev

Seçilən
3
1
sia.az

2Mənbələr