AZ

Ağır məğlubiyyət, gözlənilən istefa və müəmmalı açıqlamalar

"Kəpəz" bu dəfə Zirədə biabır oldu - 0:5.

"Qartallar" bölgə klubunun daşını daş üstə qoymadı.

Artıq fasiləyə kimi hesab 3:0 idi.

İkinci yarı meydan sahibləri bəlkə də qonaqlara rəhmi gəldi. Əks halda daha irihesablı məğlubiyyət qapıda kimi görünürdü.

Çünki "Sumqayıt" və "Karvan"la görüşlərdə olduğu kimi, meydanda ruhsuz, hərəkətsiz, nə istədiyini bilməyən kollektiv vardı.

Belədə ardıcıl üçüncü oyunda alınan ağır məğlubiyyətdən sonra baş məşqçi Adil Şükürovun postundan istefa verəcəyini gözləmək olardı.

Amma bu baş vermədi. Əvəzində nələr yaşandı?

Adil Şükürovun oyundan sonrakı açıqlamalarını oxuduqca adamın "Kəpəz"in halına şükür etməyi gəldi.

Sitat: "Qapımızda gördüyümüz 3 kuryoz qol komandanı dayandırdı (Komandada başqa problem yoxdu yəni).

Adil Şükürov bu məğlubiyyətlərlə daha da güclü olmalıdır (Normalda belə məğlubiyyətlərdən sonra istefa gəlməli idi).

Gələcəkdə "10 nömrə" mövqeyində Ohorini görmək istəyirik ("Kəpəz"in başına bundan böyük kül?)".

Deyəsən, Şükürov bu dəfə dəqiq qarşısına klubu diviziona aparmaq qoyub...

PS: Matçdan sonrakı mətbuat konfrasında Rəşad Sadıqovun "Kəpəz" 3-4 turdan sonra çox təhlükəli komandaya çevriləcək və çempionata rəng qatacaq" açıqlamasının isə məğlubiyyətdən də ağır olduğunu demək yerinə düşər.

XANOĞLAN İMANOV

Seçilən
15
sportinfo.az

1Mənbələr