AZ

Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) beynəlxalq parlament platforması kimi fəliyyəti, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasının, bu çərçivədə parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. O, özünün Kambocaya rəsmi səfərini və burada keçirdiyi görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Nümayəndələr Palatası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini qeyd edib.

Görüşdə deputatların qarşılıqlı səfərlərindən, hər iki tərəfdən nümayəndələrin Azərbaycan və Kambocada təşkil olunan tədbirlərdə iştirakından məmnunluq ifadə edilib.

Seçilən
15
7
operativmedia.az

10Mənbələr