AZ

İcra olunmayan 340 min məhkəmə qərarı: Həmin borclar silinməldir

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc məhkəmə qərarları ilə bağlı maraqlı faktlar açıqlayıb. Deputat bildirib ki, Azərbaycanda vətəndaşların banklara borcunu qaytarmamasına görə 340 minə yaxın məhkəmə qərarı icra edilməyib:

"Hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməli idi".

İqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələləri ilə bağlıdır:

"Niyə belə vəziyyət yaranıb? Çünki Azərbaycanda müflisləşmə institutu yoxdur, qanun var, amma işləmir. İndi yeni qanun layihəsi hazırlanır, nə vaxt qüvvəyə minəcək sual altındadır. Normal iqtisadiyyatı olan ölkələrdə borcunu ödəyə bilməyən şəxs özünü məhkəmə qarşısında müflis elan edir, vəssalam. Bu qədər də icra olunmayan məhkəmə qərarları olmur".

Əkrəm Həsənov hesab edir ki, həmin borcların ödənilməsi sual altındadır:

"Əksər borclar ödənilə bilmir, ödənilməyəcək də. Ümumiyyətlə, həmin borclar silinməldir. Amma etiraf edək ki, borcluların arasında elələri var ki, qismən də olsa, ödənilə bilər. Bu da artıq Azərbaycanda məhkəmə qərarlarının icra institutunun özünün zəif olmasıdır".

Əkrəm Həsənovun sözlərinə görə, məhkəmə qərarlarının icrasında ciddi problem var:

"Orada işləyənlərin maaşları aşağıdır. Ölkədə iqtisadi böhrandır. Krediti verən də fikirləşir ki, ala biləcək, indi isə insanların və biznesin gəlirləri azalır, xərclər isə artır. Bu şəraitdə xeyli şəxs - həm vətəndaş, həm də sahibkar borclarını ödəyə bilmir. Ancaq bank deyil, borcların içində bank olmayan kredit təşkilatları, lombardlar, fərdi sələmçilər var. Biz bir tərəfdən şikayət edirik ki, niyə banklar vətəndaşalar kredit vermir, o biri tərəfdən də deyirik ki, bank niyə kredit verdi və s. Faizlər ona görə yüksəkdir ki, Azərbaycanda borcların qaytarılmas ilə bağlı ciddi problem var".

Əkrəm Həsənovun fikirincə, get-gedə bu problem daha da dərinləşəcək:

"Məhz buna görə də Mərkəzi Bank da istehlak kreditləri üzrə siyasətini çox sərtləşdirir. Banklara məhdudiyyətlər qoyur ki, istehlak krediti çox verməsinlər".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
3
qaynarinfo.az

4Mənbələr