AZ

16 ukraynalı uşaq Rusiyanın nəzarətindəki ərazilərdən geri qaytarılıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin "Uşaqları Geri Qaytar" təşəbbüsü çərçivəsində 16 ukraynalı uşaq Rusiyanın nəzarətində olan ərazilərdən geri qaytarılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Yermak özünün “Telegram” kanalında məlumat verib.

Yermak vurğulayıb ki, hazırda onların hamısı Ukraynada təhlükəsizlikdədir, psixoloji dəstək alırlar, sənədləri bərpa olunur və yeni, sülh dolu həyata ilk addımlarını atırlar.

Seçilən
6
5
apa.az

7Mənbələr