AZ

Papuaşvili: ATƏT/DTİHB nin göstərdiyi səbəb real görünmür

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkədə keçiriləcək seçkiləri müşahidə etməkdən imtina etməsi ilə bağlı açıqlama verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Ş.Papuaşvilinin sözlərinə görə, təşkilatın göstərdiyi səbəblər inandırıcı deyil.

"Onlar dəvət alıblar. 2008-ci il prezident seçkilərində müşahidə missiyası seçkilərə cəmi bir ay qalmış gəlmişdi. İndi isə vaxtları olmadığını deyirlər. Bir neçə nəfəri Gürcüstana gətirmək üçün bir ay kifayət deyilmi?", – spiker qeyd edib.

Onun fikrincə, Gürcüstandakı bəzi səfirliklər seçkilərlə bağlı ziddiyyətli mövqelər nümayiş etdirir:

"İndi devrilmə ilə bağlı bəyanatlara cavab verməyən səfirliklər seçkilərin ikinci günündə "proses əhatəli olmadı" deyəcəklər. Bu, kənardan görünən ikiüzlülüyün daha bir nümunəsidir. Seçkilər başa çatandan sonra isə yenidən bəhanələr ortaya qoyacaqlar".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr