AZ

Cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı davam edir - FOTO

Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıt və Abşeron-Xızı regionundan olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına start verib.

İdman.biz bildirir ki, proqram çərçivəsində ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli tərəfindən Beynəlxalq Cüdo Federasiyasının yeni tətbiq etdiyi qaydalarla bağlı təlim keçirilib. Qarşılıqlı diskussiya formatında keçən seminarda məşqçilərin sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, proqram daha əvvəl Goranboy, Şəki və Qusarda həyata keçirilmişdi.

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr