AZ

Hüseyn qızlarına verdiyi mülkləri açıqladı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu birinci evliliyindən olan qızları haqqında danışıb.

"Cebheinfo.az" xəbər verir ki, musiqiçi bu barədə "Günə uğurla" verilişində söz açıb. 

Klarnet ifaçısı qızlarının yaxşı yaşaması üçün onları hər şeylə təmin etdiyini bildirib: 

"Neçə il evsiz yaşamışam. Üç evim var idi, qızlarıma hədiyyə etmişəm. Bir avtomobilimi də onlara vermişəm. Onlar mənim ürəyimdir. Təki yaxşı yaşasınlar". 

Qeyd edək ki, Hüseyn ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub. Cütlüyün bir oğlu var. 

"Cebheinfo.az" 

Seçilən
8
5
cebheinfo.az

2Mənbələr