Daşkənd. Trend:
“Uzbekneftgaz” səhmdar cəmiyyəti və Azərbaycan Dövlət NeftŞirkəti (SOCAR) arasında olan əməkdaşlıq haqda memorandumçərçivəsində mütəxəssislərdən ibarə qrup SOCAR bazasında “kadrlarınidarəolunması” istiqaməti üzrə təcrübə keçib.
Trend bu barədə“Uzbekneftgaz” səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Təcrübə müddətində iştirakçılar əmək münasibətlərinintənzimlənməsi, kadrların səmərəli idarə olunması, təşkilatistrukturun inkişafı və əmək məhsuldarlığının artırılması sahəsindətəcrübə mübadiləsi aparıblar.
Xatırladaq ki, 2024-cü ilin avqust ayında Özbəkistanın millineft-qaz şirkəti “Uzbekneftgaz” ilə Azərbaycan SOCAR-ıkarbohidrogen sənayesində əməkdaşlıq barədə saziş imzalayıb. Butərəfdaşlıq çərçivəsində geoloji kəşfiyyat işlərinə, o cümlədənseysmik tədqiqatlara və Üstyurd yaylasında karbohidrogenlərinhasilatına hazırlıq işlərinə başlanılıb.
Bundan əlavə, iyulun 24-də tərəflər hasilatın pay bölgüsü sazişi(PSA) imzalayıblar ki, bu da Özbəkistana yaxın 25 il ərzində daxilibazarın neftə olan tələbatını tam ödəməyə imkan verəcək. Hasilolunacaq qaz isə daxili bazara yönəldilərək yerli sənayeni əlçatanvə keyfiyyətli neft məhsulları ilə təmin edəcək.