AZ

Kartla alış-veriş etməyin bir sıra üstünlükləri...

Son zamanlar kartla alış-veriş edənlərin sayı xeyli artıb.

Son bir ildə ölkədə ödəniş kartlarının sayı 18,5% və ya 2,9 milyon ədəd artıb.

İqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a deyib ki, kartla alış-veriş etməyin bir sıra üstünlükləri var:

“Kartla alış-veriş edərkən həm bonus qazanırsan, həm də pulun bir hissəsi sonradan sənə geri qayıdır. Bu da insanların xoşuna gəlir. Kartla alış-verişin bir çox üstünlükləri var. Ona görə də insanlar kartla bazarlığa daha çox üstünlük verirlər. Hazırda ümumi ticarət dövriyyəsinin yarısını kartla alış-verişlər təşkil edir. Bu da o deməkdir ki, kartdan istifadə daha rahat və əlverişlidir”. 

Sevinc
 

Seçilən
17
hit.az

1Mənbələr