İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belarusun sənaye nazirinin müavini Denis Bakeylə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdiyi vurğulanıb, iqtisadi əlaqələrin perspektiv istiqamətləri barədə müzakirə aparılıb. Azərbaycanla Belarus arasında iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi, sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.