AZ

BƏƏ ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur ŞƏRH EDİLDİ

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfərində maraqlı bir məqam ondan ibarətdir ki, bu səfər Qarabağ torpaqlarına edilib.

“Prezident İlham Əliyevin dəfələrlə bu ölkəyə səfərləri olub. Eyni zamanda BƏƏ-nin lideri və digər rəsmi nümayəndələri də Azərbaycanda səfərlərdə olublar. Xüsusilə də, BƏƏ-nin Azərbaycanın enerji layihələrinə böyük investisiyalar qoyduğu, birgə layihələrin həyata keçirildiyi məlumdur. Məhz Qarabağ və Şərqi Zəngəzurda da yaşıl enerji gündəliyi çərçivəsində bu səfər çox həlledici olacaq. Yaşıl enerji istehsalı üçün yeni imkanların yaradılması istiqamətində addımlar atılacaq. Eyni zamanda Qarabağın inkişafı, bu torpaqların gələcəyi ilə bağlı birgə layihələrin reallaşdırılması önəmlidir. İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası, quruculuq və abadlıq işləri Prezidentin qonağı üçün də maraq doğuracaq. Yaxın gələcəkdə regionun iqtisadi inkişafı üçün yeni layihələr gözlənilir. Bu proseslər müsəlman dünyasına da mühüm mesaj olacaq. Ərəb liderləri tərəfindən bu ərazilərə səfərlərin intensivləşəcəyi, ərəb iş adamları tərəfindən yeni investisiyaların qoyulacağı gözlənilir. Bu isə qarşılıqlı maraqlara xidmət edəcək və regionun inkişafına töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
sia.az

3Mənbələr