AZ

Corc Soros hökumətləri devirməyə cəhddə ittiham olunur

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Keçmiş konqresmen: “Soros bütün dünyada etiraz aksiyalarının təşkilinə görə cavab verməlidir”

“Milyarder Corc Soros bütün dünyada etiraz aksiyaları təşkil etdiyinə və bir neçə ölkədə “arzuolunmaz” rejimləri devirməyə cəhd etdiyinə görə cavabdeh olmalıdır”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş konqresmeni Sintia MakKinni deyib.

"Ümid edirəm ki, Sorosla bağlı aparılan təhqiqat onun cavabdehliyinə gətirib çıxaracaq. Çünki açığını desəm, o immiqrasiyanı silahlandırıb. Soros ABŞ-dakı bütün siyasi proseslərdən sui-istifadə edib və onu o dərəcəyə çatdırıb ki, insanlar ölkədə real ictimai rəyin nə olduğunu tam başa düşmürlər. Soros xaosun ustasıdır", - keçmiş konqresmen qeyd edib.

MakKinni bildirib ki, milyarder bir neçə ölkədə "demokratik yolla seçilmiş hökumətləri rejim dəyişikliyinə məcbur etmək" üçün dünyanı gəzib və onun fikrincə, buna görə cəzalandırılmalıdır.

Qeyd edək ki, avqustun 27-də ABŞ Prezidenti Donald Tramp milyarder Corc Soros və onun oğlu Aleksandrı ölkədəki etirazlara dəstək verdiyinə görə mühakimə etməyə çağırıb. Ağ Ev rəhbəri əlavə edib ki, hökumət “bu dəlilərin Amerikanı parçalamağa davam etməsinə imkan verməyəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
ayna.az

1Mənbələr