Avropa İttifaqının genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Marta Kos Bakıya səfər edəcək.
"Unikal" xəbər verir ki, diplomatın Bakıya səfəri sentyabrın 18-də başlayacaq. Bildirilir ki, prezident İlham Əliyev Avropa komissarını qəbul edəcək. O, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla bir sıra görüşlər keçirəcək.
"Səfər Ermənistan və Azərbaycan arasında sülh prosesinin həlledici mərhələsinə təsadüf edir və Aİ-nin regionlararası əlaqələrə dair gündəliyini regional inkişafa konkret töhfə kimi təqdim etmək imkanı verəcək", - bəyanatda deyilir.
Ağarza Elçinoğlu