AZ

Sabah Zabratda qaz olmayacaq

BAKI, 17 sentyabr. TELEQRAF

Sabah Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Seçilən
21
34
teleqraf.com

10Mənbələr