AZ

Narkotik asıllıqdan əziyyət çəkənlər üçün psixoloji dəstək proqramı hazırlanacaq

Azərbaycanda narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi prosesində tətbiq üçün psixoloji dəstək proqramları hazırlanacaq.

Modern.az xəbər verir ki, bu barədə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.

Qeyd olunub ki, adıçəkilən proqram Səhiyyə Nazirliyi tərəfindən 2025-2016-cı illər ərzində hazırlanmalıdır.

Bu istiqamətdə psixoloji dəstək proqramlarının layihələrinin hazırlanması, onların aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılaraq təsdiq edilməsi, eləcə də narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi prosesində psixoloji dəstək proqramlarının tətbiqi nəzərdə tutulur.

Dövlət Proqramında həmçinin narkotik istifadəçiləri və onların yaxın qohumları, habelə onlarla birgə yaşayan digər şəxslər üçün onlayn məsləhətlər verilməsi məqsədilə klinik (tibbi) psixoloq və həkim-narkoloqların iştirakı ilə virtual dəstək mexanizminin yaradılacağı da vurğulanıb.

Sözügedən proqramın da icrası Səhiyyə Nazirliyinə həvalə olunub və proqram 2026-cı il ərzində hazırlanacaq.

Bu istiqamətdə klinik (tibbi) psixoloq və həkim-narkoloqlardan ibarət virtual dəstək qrupları üçün təlimatın hazırlanması, klinik (tibbi) psixoloq və həkim-narkoloqların virtual dəstək mexanizmi üzrə təlimlərə cəlb edilməsi, həmçinin həkim-narkoloq və klinik (tibbi) psixoloqlardan ibarət virtual dəstək qruplarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Seçilən
42
1
modern.az

6Mənbələr