Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, "Reklam haqqında" Qanunun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamların açıq məkanda yerləşdirilməsi inzibati məsuliyyət yaradır.
Azərbaycan Dövlət Reklam Agentliyi BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, məcəlləyə əsasən, belə pozuntulara görə fiziki şəxslər 300–500 manat, vəzifəli şəxslər 1500–2500 manat, hüquqi şəxslər isə 5000–10000 manat məbləğində cərimələnə bilərlər.