AZ

Danimarka uzaq mənzilli, yüksək dəqiqlikli silahlar alacaq

Danimarkanın Baş naziri Mette Frederiksen bəyan edib ki, Rusiyadan Avropaya yönələn təhlükənin qarşısını almaq üçün ölkəsi uzun illər davam edən hərbi büdcə ixtisarlarından sonra yüksək dəqiqlikli uzaqmənzilli silahlar əldə edəcək.

Operativ Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

O, eyni zamanda qeyd edib ki, Skandinaviya ölkəsinə birbaşa hücum təhlükəsi yoxdur.

Məlumata görə, Danimarka bu il hərbi büdcəsini artırıb. Bu addım 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra yaranmış kəskin çatışmazlığı aradan qaldırmaq məqsədi daşıyır.

“Şübhə yoxdur ki, yaxın illərdə Rusiya Avropa və Danimarka üçün təhlükə yaradacaq”, – deyə Frederiksen çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib. O, Danimarkaya qarşı birbaşa hücum ehtimalının olmadığını vurğulayıb.

Ölkənin müdafiə naziri Trols Lund Poulsen isə qeyd edib ki, nəzərdə tutulan silahlanma prosesinə raketlər və düşmən ərazisindəki hədəflərə zərbə endirə bilən pilotsuz uçuş aparatları daxil ola bilər. Lakin hökumətin bu məqsədlə nə qədər vəsait xərcləyəcəyi və konkret hansı silahların alınacağı açıqlanmayıb.

Qeyd edək ki, ötən həftə NATO-ya üzv ölkə Avropada istehsal olunan hava hücumundan müdafiə sistemlərinin alınmasına 58 milyard Danimarka kronu (9,2 milyard ABŞ dolları) xərcləyəcəyini açıqlayıb. Bu, Danimarkanın tarixində ən böyük silah alışıdır.

“Ukraynadakı müharibə göstərir ki, zərbələrə cavab vermək və ya dərinlikdə hədəflərə zərbə endirmək imkanına sahib olmaq, eləcə də quru qoşunlarının hava hücumundan müdafiəsi ilə inteqrasiya olunmuş çoxqatlı hava hücumundan müdafiə sisteminə malik olmaq böyük əhəmiyyət daşıyır”, – deyə Poulsen əlavə edib.

Seçilən
42
operativmedia.az

1Mənbələr