Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu İqor Ribeyro ilə bağlı apellyasiya şikayətinə baxılıb.
Misli Premyer Liqasının III turunun “Turan Tovuz” oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılan futbolçu, eləcə də klubun 3000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb. pizza hut
Tərəflərə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.
Telegram kanalımız