Qüds iki milyardlıq İslam dünyasının ortaq mirasıdır.
Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinin yeni binasının təməlqoyma mərasimində bildirib.
“Qoy qəzəblərini atmağa davam etsinlər. Biz müsəlmanlar olaraq Şərqi Qüdslə bağlı hüquqlarımızdan bir addım belə geri çəkilməyəcəyik”, - Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu Ərdoğana xitab edərək Qüdsün (Yerusəlim) İsrailə məxsus olduğunu və bunun həmişə belə olacağını deyib.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta