AZ

“Neftçi”nin əl-ayağına dolaşanlar və “qarabəxt Samir”

Yeni mövsümün ilk dörd həftəsinin ən bəxtsiz və ən şanssız baş məşqçilərinin turtnir cədvəli tərtib olunsa, heç şübhəsiz, ilk sırada Samir Abasov yer alar.

Dörd həftəyə komandası 1 qol vuran (o da penaltidən) Abasov qismətindən giley-güzar etsə, mən qətiyyən onu qınamaram, demərəm ki, naşükür olma.

Futbolçusu yaxın məsafədən topu boş qapıya bir dəfə vura bilməsə, başqa məsələ. Belə təsadüfi hallar futbolda az olmur.

Əgər bir yox, bir neçə futbolçu bu və oxşar epizodlarda toru silkələyə bilmirsə… Bu, artıq təsadüf deyil, başqa şeydir.

Sambu, Rezabala, o birilər… Eh…

Hər oyunda biri, yaxud ikisi. Bəzən üçü.

Əllər, ayaqlar, gözlər bağlanıb.

«Neftçi»ni tilsimləyiblər» fikirləri ilə əvvəl razılaşmırdım, indi razılaşıram amma. İnanıram ki, bir belə təsadüf ola bilməz.

Komanda nə vaxt mərkəzdə rəqibə basdırmasa, hücuma çıxmasa, qol epizodları yaratmasa, baş məşqçini günahkar çıxararam. Sual edərəm - bəs sən məşqlərdə nəyin üstündə işləyirsən?

«Sabah»la oyunun məzmunu Samir Abasovu bu suallardan kənar tutur. O. hazırlıq dönəmində çatışmazlıqlar üzərində çalışmasaydı, «Neftçi» yenə zəif görünərdi.

Əksinə, «Neftçi» bu matçda qələbəyə daha yaxın tərəf idi. Dediyim kimi, fürsətlərin qaçırılması ilə 3 xal əldən sivişib çıxdı.

«Neftçi» rəhbərliyinin ayaq səsləri artıq AFFA-nın binasında eşidilməlidir. Müvafiq şəxslərlə bağlı olmayan qapılar arxasında görüş keçirməlidirlər.

Həqiqət budur ki, artıq hakimlər də «Neftçi»nin əl-ayağına çox dolaşmağa başlayıb. Əliyar Ağayev və İnqilab Məmmədovun onlara antipatiya bəsləməsi birmənalıdır.

Nə dayanır bu münasibətin arxasında, mütləq araşdırsınlar gərək. Sezonun başıdır hakimlər belə yanaşma sərgiləyirlər «Neftçi»yə qarşı, gör, nə hoqqalardan çıxacaqlar sonra!

Qabaqları alınmalıdır.

ELNUR

Seçilən
19
sportinfo.az

1Mənbələr