AZ

Azərbaycan və Yaponiya kənd təsərrüfatında birgə işçi qrupunun yaradılmasını müzakirə edib

Azərbaycan biofermaların yaradılması sahəsində Yaponiya təcrübəsini öyrənmək istəyir.

Kənd Təsərrüfatı Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, bu məsələ nazir Məcnun Məmmədovn Yaponiyanın ölkəmizdəki səfiri Katsuya Vatanabe ilə keçirdiyi görüşdə müzakirə edilib. 

M.Məmmədov bildirib ki, Azərbaycanla Yaponiya arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Yaponiya ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.

Görüşdə aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, mütərəqqi texnologiyalar sahəsində təcrübə mübadiləsi məqsədilə Yaponiyanın müvafiq universitetləri ilə əlaqələr qurulması, Yaponiya Beynəlxalq Əməkdaşlıq Sisteminin təşkil etdiyi təlimlərdə nazirliyinin mütəxəssislərinin mütəmadi iştirakının təmin olunması, biofermaların yaradılması və hidroponik üsulla becərmə sahəsində Yaponiya təcrübəsinin öyrənilməsi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

K. Vatanabe ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Seçilən
15
4
operativmedia.az

5Mənbələr