AZ

Azərbaycanda bu şirkətin sədri dəyişəcək

BAKI, 17 sentyabr. TELEQRAF

Oktyabrın 1-I saat 15:00-da “İxtisaslaşdırılmış Mexanikləşdirmə ANKZ” Açıq Səhmdar Cəmiyyətinin növbəti ümumi yığıncağı keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Yığıncaqda Cəmiyyətin İdarə Heyətinin sədrinin dəyişdirilməsi və digər cari məsələlərin müzakirə olunacaq.

Səhmdarlar yığıncağın gündəliyi üzrə materiallarla eyni ünvandan tanış ola və ya materialların elektron poçtla göndərilməsini tələb edə bilərlər.

Yığıncaq Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 45 ünvanında baş tutacaq.

Məlumat üçün bildirək ki, ASC 2004- cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 372 min 744 manat olan şirjkətin qanuni təmsilçisi Hüseynov İsmayıl Mehdi öğludur.

Seçilən
58
teleqraf.com

1Mənbələr