AZ

Deputat Qarabağ yenə qurban dedi: Hər oyun kəsəcəm

ain.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Oyundan bir gün əvvəl açıqlama vermişdim ki, "Qarabağ" qələbə qazanacaq. Qələbəmizə çox inanırdım. Qurban hocaya çox inanıram. Onun öz oyun tərzi var, ssenarini yazır, uşaqlar onu icra edirlər. Gözəl bir tamaşa idi. "Koroğlu" operası idi, amma müəllifi  Üzeyir Hacıbəyov deyildi, Qurban Qurbanov idi"

Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Aqil Abbas deyib.

A.Abbas bildirib ki, "Qarabağ"ın hər oyununa qurban deyib: "Qarabağ", Qurban Qurbanov sübut etdi ki, Azərbaycanda da futbol var. Portuqaliyanın 250 ildir ki, futbolu var, amma bizim cəmi  35 il... O vaxt futbol inkişaf etməmişdi, bir "Neftçi" komandası var idi. 35 illik müstəqillik dövrümüzdə belə bir futbol komandamız var. Ölkədə keçirilən çempionatlar maraqlı və gərgin keçir. Arzu edirəm "Neftçi"də, "Zirə" də, "Sabah" da, "Turan-Tovuz" da bu yoldan getsin... "Qarabağ"ın hər oyununda qurban kəsəcəm. Bir daha xalqızımı təbrik edirəm".

Səid,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
6
sitat.info

7Mənbələr