AZ

Tramp Londonda: Şahzadə Uilyamla görüşdü

ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Vindzor şəhərinə gəliblər və burada onları Uels şahzadəsi və şahzadəsi Uilyam və Ketrin qarşılayıb.

Turkustan.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Daha sonra Böyük Britaniya kralı III Çarlz ilə birlikdə Ağ Evin rəhbəri vaqon yürüşündə iştirak edib . Fotolardan birində Amerika prezidentinin vaqonda monarxın yanında oturduğu əks olunub. Digər fotoda kraliça Kamilla və ABŞ-ın birinci xanımı Melaniya Tramp da eyni vaqonda gəzmişlər.

Digər vaqonda ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff olub .

Tramp və Çarlz III Vindzor qəsrinə gəliblər .

Sonradan məlum olub ki, ABŞ prezidenti və xanımı kral Çarlz və kraliça Kamilla ilə şam yeməyində olublar.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
1
turkustan.az

2Mənbələr