AZ

Avropa İttifaqının genişlənməsi məsələləri üzrə komissarı Azərbaycana gəlir


Sentyabrın 18-də Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissar Marta Kos Bakıda olacaq.

Trend Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki, səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Bundan əlavə, komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta Kos Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və İqtisadiyyat Naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Komissar həm də Ağdama səfər edəcək və orada minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.

Seçilən
14
19
baki-xeber.com

10Mənbələr