AZ

Avropa Parlamenti Kiyevdə daimi nümayəndəliyini açacaq

Avropa Parlamenti Kiyevdə daimi nümayəndəlik açacaq.

Operativ Media xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Ali Radada çıxışı zamanı bildirib.

"Əməkdaşlığımızı daha da gücləndirmək üçün biz Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyini açacağıq ki, hər gün birlikdə işləyə bilək”.

Metsola həmçinin bəyan edib ki, Avropa Rusiyaya qarşı “sərt sanksiyalar” tətbiq etməyə davam edəcək və münaqişə başa çatdıqdan sonra Ukrayna “Avropa İttifaqının millətlər ailəsinə” qoşulacaq.

Qeyd edək ki, Avropa Parlamentinin sədri çərşənbə günü Kiyevə səfər edib. "Euractive"nin məlumatına görə, səfər çərçivəsində Metsolanın Ukrayna Prezidenti Vladimir Zelenski və Baş nazir Yuliya Svırıdenko ilə görüşü nəzərdə tutulur.

Seçilən
79
25
operativmedia.az

10Mənbələr