AZ

Ermənistan istəməsə belə Konstitusiyanı dəyişdirməyə məcburdur AÇIQLAMA

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

"ABŞ səfiri Zəngəzur dəhlizinin 99 illiyinə icarə götürülməsi məsələsini gündəmə gətirəndə Ermənistan rəsmilər və müxaliflər birmənalı dedilər ki, Ermənistan torpaqları kirayə verilmir. "Ancaq Vaşinqtondan gələn tələb üzərinə gördük ki, lazım olanda ermənilər torpaqlarını kirayə verirlər. Hətta 100 illiyinə arendaya verirlər".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Ekspert bildirib ki, bu məntiqlə yola çıxsaq, Nikol Paşinyanın, Ararat Mirzoyanın və digər rəsmilərin teorik olaraq "biz Konstitusiyanı dəyişmirik, belə öhdəliyimiz yoxdur", "Zəngəzur yox, "Tramp yolu" və s. bəyanatlarına ciddi yanaşmamalıyıq:

"İrəvanda "Soros çocuğu" adlanan bir hökumət iş başındadır. Yəni birbaşa ABŞ-dən qaynaqlanan bir hökumətdir. Əgər ABŞ Azərbaycanın haqlı tələblərini nəzərə alaraq Ermənistanın öz Konstitusiyasını dəyişdirməsini tələb etsə, heç kim Paşinyan hökumətinin istəyini, mövqeyini soruşmayacaq. Vaşinqtonun tələbi üzrə birbaşa Konstitusiya dəyişikliyi həyata keçiriləcək”.

Fuad Abbasov: Əgər ABŞ İrəvana təsir göstərməsə, Ermənistan köhnə oyunları oynamağa davam edərsə, o zaman...

Müsahibimizin sözlərinə görə, Azərbaycan XİN hələ gözləmə mövqeyindədir ki, Paşinyan hökuməti Vaşinqton anlaşmasının öhdəliklərini tezliklə yerinə yetirsin və referendum elan etsin. Politoloq deyib ki, Bakı bu məsələni sülh prosesində qarant olan ABŞ prezidentinin qarşısında qaldırıb:

“Ermənistanın başqa çarəsi yoxdur. İstəməsə belə Konstitusiyanı dəyişdirməyə məcburdur. Məncə, bu məqam çox da uzaqda deyil”.

“İlin sonunadək gözləyəcəyik. Əgər ABŞ İrəvana təsir göstərməsə, Ermənistan köhnə oyunları oynamağa davam edərsə, o zaman böyük ehtimal "dəmir yumruq" yenidən işə düşəcək",  - deyə Fuad Abbasov əlavə edib.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
bakivaxti.az

2Mənbələr