Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya neft hasilatını dron hücumları səbəbindən azaltmaq niyyətindədir.
“Reuters” xəbər verir ki, Rusiyanın neft kəmərləri üzrə inhisarçısı olan “Transneft” şirkəti istehsalçıları xəbərdar edib ki, Ukrayna dronlarının strateji əhəmiyyətli ixrac limanlarına və neft emalı zavodlarına hücumlarından sonra hasilatın azaldılması qaçılmaz ola bilər.
Nə baş verir?
Ukrayna dronları Rusiya NEZ-lərinə zərbələr endirir. Nəticədə emal həcmi azalır, artıq qalan nefti isə ya saxlamaq, ya da ixrac etmək lazımdır.
Lakin hücumlar təkcə zavodlarla məhdudlaşmır – Ukrayna dronları həm də ixrac üçün istifadə olunan boru kəmərlərinə və tankerlərin yükləndiyi limanlara zərbə endirir. Bu isə həm saxlanma, həm də nəql imkanlarını məhdudlaşdırır.
Əgər hücumlar eyni intensivliklə davam etsə, Rusiyanın ixrac imkanları daha da azalacaq. Bu halda artıq qalan nefti müvəqqəti anbarlarda saxlamaq əvəzinə, hasilatı birbaşa azaltmaq zərurəti yaranacaq və proses buna doğru gedir.
Kamran Cəfərov
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.