AZ

Danimarka uzaqmənzilli dəqiq silahlar alacaq

Danimarkanın baş naziri Mette Frederiksen bəyan edib ki, Danimarka uzun illər hərbi büdcəsinin ixtisarından sonra uzaqmənzilli dəqiq silahlar əldə edəcək. Ölkəyə hər hansı bir təhlükə yaranma riskinin olmamasına baxmayaraq, Danimarka “Rusiyanın Avropa üçün yaratdığı təhlükəyə qarşı çıxmaq üçün” bu silahları əldə etmək istəyir.

Herbiand.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.

Danimarka Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalından sonra yaranan kəskin çatışmazlıqları aradan qaldırmaq üçün bu il müdafiə büdcəsini artırıb.

Frederiksen deyib ki, Rusiyanın qarşıdakı illərdə Avropa və Danimarka üçün təhlükə yaradacağına heç bir şübhə yoxdur: “Danimarkaya qarşı dərhal hücum riski yoxdur”.

Danimarkanın müdafiə naziri Troels Lunda Poulsenin isə sözlərinə görə, alışa düşmən ərazisindəki hədəfləri vura bilən raketlər və dronlar daxil ola bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
28
herbiand.az

1Mənbələr