Qaçışdan əvvəl qidalanma performansa birbaşa təsir edir. Yanlış qidalanma həzm pozuntularına, narahatlığa və hətta sağlamlıq problemlərinə səbəb ola bilər. Araşdırmalara görə, idmançıların 30-50%-i bu tip problemlərlə üzləşir.
Pravda.az bildirir ki, ən yaxşı nəticə üçün qaçışdan 2-3 saat əvvəl əsas yemək, 30-60 dəqiqə əvvəl isə yüngül qəlyanaltı tövsiyə olunur. Yağlı, zülallı və lifli qidalardan uzaq durmaq, asan həzm olunan karbohidratlara üstünlük vermək lazımdır. Su qəbulu da vacibdir — amma çox içmək şişkinliyə səbəb ola bilər.
Məsləhət görülən 4 ideal qida:
Yulaf əzməsi – Karbohidrat və zülal baxımından zəngindir. Meyvə və bir az qatıqla yeyilə bilər.
Banan – Yüksək karbohidrat və kalium tərkibli, su balansını qoruyur.
Badam – Zülal və karbohidrat mənbəyidir, enerjini artırır.
Az yağlı qatıq – Həzm üçün yüngüldür. Bal və yulafla birgə qəbul edilə bilər.
Qeyd: Qaçışdan əvvəl özünüzü tox yox, yüngül tox hiss etməlisiniz.
Əminə Bayramova