Suriyadakı Rus Evi ölkədəki qeyri-sabit vəziyyətə görə dondurulub.
Axar.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo” rəhbəri Yevgeni Primakov məlumat verib.
“Hazırda Rus Evi Suriyada dondurulmuş vəziyyətdədir. Biz müstəqil bir fond və ya qeyri-kommersiya təşkilatı deyilik; biz Xarici İşlər Nazirliyinin bir hissəsiyik. Fəaliyyət göstərdiyimiz ölkələrdəki səfirliklərin rəy və təlimatlarına güvənirik. Hələlik Suriyada vəziyyətin sabit və mədəniyyət mərkəzinin yenidən açılması üçün kifayət qədər təhlükəsiz olmadığını güman edirik”, - Primakov bildirib.