AZ

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft nəqlini bərpa edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri sistemi ilə avqust ayında dayandırılan neft ixracını bərpa edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "KazMunayQaz" şirkətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istiqamətində 8.8 min ton Kaşaqan nefti yola salınıb, növbəti yük sentyabrın 20-nə planlaşdırılıb.
Şirkətin mətbuat xidmətindən xatırladılıb ki, bu marşrut üzrə tədarüklər bu ilin avqustunda dayandırılmışdı.
Həmçinin qeyd edilib ki, 2025-ci ilin ilk səkkiz ayı ərzində BTC boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin həcmi 0.9 milyon ton təşkil edib.
Xatırladaq ki, avqust ayında "Vedomosti" qəzeti Qazaxıstanın neft daşımalarının marşrutunu Bakı-Tbilisi-Ceyhan marşrutundan Xəzər Boru Kəməri Konsorsiumuna müvəqqəti olaraq dəyişdirdiyini yazmışdı.
Avqustun 27-də Qazaxıstanın energetika naziri Erlan Akkenjenov jurnalistlərə bildirmişdi ki, "KazMunayQaz" boru kəməri ilə daha əvvəl dayandırılmış tədarükləri bərpa etmək üçün danışıqlar aparılır. Lakin nazir işin dayandırılmasının səbəbini açıqlamayıb.
Həmçinin, iyulda Energetika Nazirliyi Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı 2024-cü ildəki 1.4 milyon tondan 2025-ci ildə 1.7 milyon tona çatdırmağı planlaşdırdığını bildirib.
Seçilən
43
oxu.az

1Mənbələr