AZ

Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı

Rusiyanın İrkutsk vilayətində sənaye müəssisələri böyük həcmdə təhlükəli tullantılar yaradır və onların zərərsizləşdirilməsi utilizasiya biznesi üçün strateji əhəmiyyət daşıyır. Yerli utilizatorlar öz ərazilərində “yad” şirkətlərin peyda olmasına kəskin reaksiya verirlər və sifarişli cinayət işləri vasitəsilə rəqiblərə dərhal mesaj göndərirlər. Prosesi İrkutsk UEB və PK əməliyyat müvəkkili Dmitri Radyukyeviç, həmçinin İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin müstəntiqi Yuliya Fedoroviç kurasiya edir.

Yerli media xəbər verir ki, onların hədəflərindən biri azərbaycanlı deputat Ruslan Şərifov olub.

Belə ki, 2024-cü ilin avqustunda rəqiblərin təşəbbüsü ilə “Yug-Utilizasiya” MMC-yə qarşı cinayət işi başlanıb. Şirkət Volqoqrad vilayət Dumasının deputatı Ruslan Şərifova məxsusdur. Cinayət işinə səbəb müəssisənin İrkutsk Aviasiya Zavodu ilə tullantıların zərərsizləşdirilməsi üzrə müqavilə bağlaması olub ki, bu da yerli rəqiblər tərəfindən mənfi qarşılanıb.

İstintaqçı Yuliya Fedoroviç “Yug-Utilizasiya”nın guya müqaviləni icra etməməsi ilə bağlı cinayət işi açıb. Maraqlıdır ki, zavodun özünün şirkətə qarşı heç bir iddiası yoxdur və hüquq-mühafizə orqanlarının təkidi ilə zərərçəkmiş kimi çıxış edir.

İstintaqın gedişi

Artıq bir ildən çoxdur ki, istintaqçı Fedoroviç və Radyukyeviç zavoda vurulduğu iddia edilən zərərin sübutları olmasa da, işin məhkəməyə göndərilməsi üçün cəhdlər göstərir. Fedoroviç sübutların olmamasını yeni “təqsirləndirilənlərin” axtarışı ilə kompensasiya edir, bununla da ölkə üzrə uzunmüddətli ezamiyyətlərini əsaslandırır.

Bu müddətdə qanunsuz saxlamalar, şahidlərə təzyiqlər, yalan ifadələr verməyə məcburetmə halları müşahidə olunur. Şirkətin direktoru Aleksandr Dubaçevin isə “nominal” şəxs olduğunu iddia edərək onu ittiham olunanlar siyahısından çıxarmağa cəhd edilir. Lakin bu versiya məhkəmə tərəfindən əvvəllər təkzib edilib. Dubaçev “İndustriya Fitnesa” MMC-nin direktoru vəzifəsində işləyərkən dələduzluğa görə məhkum olunub və həmin vaxt da “nominal” olduğu barədə iddiası rədd edilib.

Məqsəd

Dubaçev hələ də deputat Şərifovun etibarlı adamı olaraq onun biznes strukturlarında çalışır. İstintaqçı Fedoroviç isə görünür, şirkətin fəaliyyətini iflic etmək və rəqiblərin maraqlarına xidmət etmək kimi əsas məqsədinə çatmaq üçün işi süni şəkildə uzadaraq, yeni fiqurantlar axtarışını davam etdirir.

Qeyd edək ki, Ruslan Şərifov "Lukoil"in keçmiş vitse-prezidenti Vahid Şərifovun oğludur./Lent.az

Seçilən
17
2
turkustan.az

3Mənbələr