17 sentyabr 2025-ci il tarixdə Masallı Tarix-Diyarşünaslıq Muzeyində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsi və Masallı rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə əlaqadar “44 gün-23 saat tarixi anlar: Suverenliyin bərpası” adlı tədbir keçirilmişdir.
Tədbirdə Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru ƏntiqəTağıyeva, rəsmi nümayəndələr, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, gənclər və mədəniyyət işçiləri iştirak etmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva 44 günlük Vətən Müharibəsi və 23 saat davam edən lokal antiterror əməliyyatının Azərbaycan tarixindəki rolunudan danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu tarixi nailiyyətin dövlətimizin gücünü, xalqımızın birliyini və iradəsini bir daha təsdiqlədiyini vurğulayıb.
Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova çıxış edərək bildirmişdir ki, 44 günlük Vətən müharibəsi və onun məntiqi davamı olan 19 sentyabr lokal antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Bu əməliyyat həm ölkəmizin suveren hüquqlarının tam təmin olunmasına, həm də bölgədə uzunmüddətli sülhün və sabitliyin yaradılmasına xidmət etdi. 19 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
Daha sonra çıxış edənlər Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov, Qarabağ Müharibəsi Əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Masallı şəhər “ İmam Əli” məscidinin İmamı Əliqulu Qardaşov və şəhid ailələri çıxışlarında torpaq uğrunda canından keçən şəhidlərimizin şücaətindən söz açmış, bu qələbənin Azərbaycan xalqının birlik və həmrəyliyinin parlaq nümunəsi olduğunu bildirmişlər.
Tədbirin sonunda iştirakçılar Muzeyin “Vətənpərvərlik “ bölməsinə ekskursiya ediblər.