AZ

Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ödəniş bazarında fəaliyyət göstərən "Modenis" ("E-manat") və "Mobile Payment Solutions" ("Portmanat") MMC-lərə icrası məcburi göstərişlər verilib.

Bu barədə Kommersant.az AMB-yə istinadən xəbər verir.

Belə ki, “Modenis” MMC-də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində nöqsanlar aşkar olunub. Bank şirkətə bu çatışmazlıqların aradan qaldırılması üçün məcburi göstərişlər verib.

Bundan başqa, “Mobile Payment Solutions” MMC-nin ödəniş xidmətlərini reyestrə daxil edilmədən ödəniş agentləri vasitəsilə həyata keçirdiyi müəyyən olunub. Bu səbəbdən Mərkəzi Bank həmin şirkətə agentlər vasitəsilə ödəniş xidmətlərinin dərhal dayandırılması barədə göstəriş verib.

Nəticədə, hər iki şirkətə maliyyə əməliyyatlarının şəffaf və qanunvericiliyə uyğun aparılması istiqamətində ciddi tələblər qoyulub.

Seçilən
26
1
kommersant.az

2Mənbələr