AZ

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 127 milyon manata yaxın vəsait daxil olub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində 34 hərrackeçirilib.

Trend dövlətxidmətinə istinadən xəbər verir ki, hərraclarda 5 səhmdarcəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 690 nəqliyyatvasitəsi özəlləşdirilib.

Məlumata əsasən, cari ilin yanvar-avqust ayları ərzindəözəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 96,6 milyon manattəşkil edib.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən builin yanvar-avqust ayları ərzində 426-sı qeyri-yaşayış, 2.728-itorpaq sahələri üzrə olmaqla 3.154 yeni icarə müqaviləsibağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının(qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə30,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

"Beləliklə, 2025-ci ilin yanvar-avqust ayları ərzində dövlətəmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə126,9 milyon manat vəsait daxil olub", - məlumatda qeyd edilib.

Seçilən
27
az.trend.az

1Mənbələr