AZ

AK sentyabrın 19-da Rusiyaya qarşı yeni sanksiyalar təqdim etmək niyyətindədir

AK

Avropa Komissiyası (AK) 19 sentyabrda Rusiyaya qarşı 19-cu sanksiya paketini təqdim etməyi planlaşdırır və bu paket müzakirələr zamanı daha da sərtləşdirilib.

Xalqcebhesi.az xəbər verir ki, u barədə "Handelsblatt" qəzeti, Avropa İttifaqı daxilindəki mənbələrə istinadən məlumat verib.

Mənbələrə görə, bu məhdudiyyətlər əsasən Avropanın Rusiya nefti və qazı təchizatından imtina etməsini sürətləndirməyə yönəlib, eyni zamanda Çin və Hindistana təzyiqin artırılmasına, onların Rusiyadan enerji daşıyıcıları almasını əngəlləməyə yönəlib. Konkret olaraq, AK bu ölkələrdən olan banklar və neft emalı zavodlarına sanksiyalar tətbiq etməyi planlaşdırır, çünki onların Rusiyaya qarşı ticarətə qatıldığı düşünülür. Həmçinin, yeni neft tankerləri qara siyahıya əlavə ediləcək. Eyni zamanda, AK ABŞ Prezidenti Donald Trampın Çin və Hindistana qarşı cərimə gömrük rüsumları tətbiq etmə tələbinə qarşı çıxıb.

Məryəm Quliyeva

Seçilən
20
1
xalqcebhesi.az

2Mənbələr